Xocalı. Trend:
Doğma yurddan didərgin düşməyi, qaçqın olmağı Allah bir də bizəqismət eləməsin.
Trend xəbər verir ki, bunu bugün Xocalı rayonunun Ballıca kəndinə köçən keçmiş məcburi köçkünGülnar Zeynalova deyib.
“Sevincimizin həddi-hüdudu yoxdur. Çünki bu gün boya-başaçatdığımız torpaqlara qayıtmışıq. Allah Prezidentimiz İlham Əliyevəcan sağlığı versin. Allah bir də qaçqın olmağı bizə qisməteləməsin. Qayınatam da Ballıca kəndində şəhid olub. Əminəm ki, onunbu gün ruhu şaddır”, - o qeyd edib.