AZ

Türkiyəli məşhur aparıcı SAXLANILDI – SƏBƏB

Türkiyədə tanınmış tarixçi və televiziya aparıcısı Çiğdem Bayraktar Ör sosial şəbəkələrdəki paylaşımları səbəbilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Medianews.az-ın xəbərinə görə, ona qarşı “Prezidenti təhqir etmək” və “Vəzifə borcuna görə dövlət məmurunu təhqir etmək” maddələri üzrə cinayət işi açılıb.

Sözügedən ittihamlar sosial mediada yayımladığı bəzi fikirlərlə bağlıdır.

Çiğdem Bayraktar Ör, eyni zamanda, Tele1 TV kanalında “Türkiyənin gündəmi” adlı proqramın aparıcısı kimi tanınır. Onun siyasi və ictimai mövzularda cəsarətli çıxışları geniş auditoriyanın diqqətini çəkmişdi.

Məsələ ilə bağlı müxtəlif ictimai dairələrdə müzakirələr gedir. Hüquq müdafiəçiləri və bəzi media nümayəndələri bu hadisəni fikir azadlığına qarşı təzyiq kimi qiymətləndirir. Digər tərəfdən, hökumət dairələri qanunların pozulmasına qarşı qəti tədbirlər görməyin vacibliyini önə çəkirlər.

Bu olay, Türkiyədə jurnalistlər və ictimai fəallar arasında söz azadlığı ilə bağlı narahatlıqların yenidən gündəmə gəlməsinə səbəb olub.

Medianews.az

Türkiyəli məşhur aparıcı SAXLANILDI - <span style=color:red>SƏBƏB

Seçilən
43
medianews.az

1Mənbələr