AZ

"Roma"nın müdafiəçisi Almaniya klubunda - RƏSMİ

"Roma"nın 29 yaşlı müdafiəçisi Mario Ermoso karyerasını Almaniyada davam etdirəcək.

Fanat.Az-ın məlumatına görə, arxa xətt oyunçusu cari mövsümün sonunadək icarə əsasında "Bayer Leverkuzen"in formasını geyinəcək.

İnformasiyanı sözügedən klubların mətbuat xidmətləri yayıb.

Ermoso "Real Madrid"in yetirməsidir. O, daha öncə "Espanyol" və "Atletiko Madrid"in uğurları üçün çalışıb. "Roma"ya ötən ilin sentyabrında qoşulan təcrübəli futbolçunun "canavarlar"la müqavləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. 

Cari mövsüm bütün turnirlərdə 13 matça çıxan Ermoso 1 qolla yadda qalıb.

Nihat

Seçilən
30
fanat.az

1Mənbələr