AZ

Maqdalena Qrono: Aİ minatəmizləmə və itkin düşmüş şəxslər məsələsini diqqətdə saxlayacaq

Avropa İttifaqı minatəmizləmə və itkin düşmüş şəxslər məsələsinin həllinə xüsusi diqqət yetirəcək.

Bunu "Far.Az"a müsahibəsində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono deyib.

O qeyd edib ki, səfəri çərçivəsində Bakı və İrəvanla birlikdə Aİ-nin Azərbaycan-Ermənistan normallaşmasına və daha geniş regional əməkdaşlığa necə daha faydalı dəstək verə biləcəyini araşdırıblar:

"Bu mərhələdə Aİ-nin daha çox iş görməyə hazır olduğunu qəbul edərək bir neçə sahəni müəyyən etdik. Bakı və İrəvanda razılaşdıq ki, Aİ Azərbaycan-Ermənistan ikitərəfli danışıqlarına dəstəyini davam etdirəcək, əlaqələrin konkret aspektlərinə və humanitar məsələlərə, xüsusilə minatəmizləmə və itkin düşmüş şəxslər məsələsinin həllinə diqqət yetirəcək, həmçinin regional əməkdaşlıq təşəbbüslərini təşviq edəcək".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Seçilən
40
far.az

1Mənbələr