AZ

"Hava satanlar"

"Hava satırlar" kəlməsi 90 lardan sonra həyatımıza girdi, rusca "vozdux"un tərcüməsi idi.

Sovetlər dağılan ərəfədə "hava satanlar" yeni dünyanın nəbzini bilənlər oldular,

Və "milyonçu" adına sahibləndilər.

Sovetlər bitsə də sovet məmur sistemində yaramaz ünsür olaraq görülənlər bir anda "milyonçu" kimi oyana bilirdilər.

Və həyat dəyişmədi, həyatı idarə edənlər dəyişdi,

Bu idarə edənlərin yeri dəyişdikcə həyatı hərəkətə gətirən dəyərlər ucuzlaşdı, ucuz ünsürlərin bahalı vəzifələrə təyinatı artıq "bahalı yaşamaq üçün" hava satanlara geniş bir məkan açdı.

Hamı hava satmağa keçid etdi,

Biri üçün bu şou, digəri üçün ehtiyac, bir başqası üçün isə tək çarə halına gəldi.

Və hərəkatın mərkəzi olan "Amerika arzusu" tək sovetlərin deyil, dünyanın əksər coğrafiyalarında əsas olan Dövlətlərin can damarına döndü.

Qərbin "demokratiya satışı" "hava satan"larla üz üzə gəldi.

Amerika havası dünyanın əsas havası olaraq qalibiyyətini son seçkilərlə bitirdi.

"Qızıl dövr" başlayan Amerika "hava satanlar"ın Amerikasıdır artıq.

"Yatıb durub milyarder" ola bilmək su içmək kimi asandır,

Yeni dünyada hər kəs bu "arzu" ilə yatmır, durur.

Hamı durduğu yerdə durub, gözünə yuxu axtaranlar yatanların yuxusuna nə gələcəyini planlamağa çalışır.

Yuxunun idarə olunması gələcək həyatın əsasıdır və yeni dünya insanının kimliyi "yuxusu"na uyğun biçiləcək.

Artıq Gecə yoxdur, gecə və gündüz bir yerdədir, Yuxu isə hər insanın içində onun düşündükləri ilə yaşadığının birləşən Havasına tabedir. Yuxu bizim içimizdəki Havanın alınıb satılmayan tək parçasıdır.

Yeni "bizləşmə" yuxusu ilə həyatını birləşənlərin "bizləşməsidir,

Xeyirli olsun.

İdris Heydərli

visiontv.az



Seçilən
13
visiontv.az

1Mənbələr