İraqın şimalındakı Qara bölgəsində 6 PKK terrorçusu, Suriyanın şimalındakı Sülh bulağı və Fərat Qalxanı bölgələrində isə 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib. Açıqlamada "Axtarın, tapın, məhv edin. Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara bölgəsində 6 PKK, Suriyanın şimalındakı "Sülh bulağı" və "Fırat Qalxanı" bölgələrində isə 7 PKK/YPG terrorçusunu məhv edib. Terrorçuları harada olmalarından asılı olmayaraq, onları gözləyən sondan qaça bilməyəcək”,- deyə bildirilib.