AZ

Pambıq mahlıcına dair yeni dövlət standartları qəbul edilib

Bakı. Trend:

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinintabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART)tərəfindən AZS 965:2024(O’z DSt 3295:2018) "Pambıq mahlıcı.Təsnifat cihazlarının köməyi ilə pambıq mahlıcının fiziki-mexanikixassələrinin müəyyən olunması üçün standart sınaq metodları", AZS969:2025 (O’z DSt 632:2021) “Pambıq mahlıcı. Qüsur və zibilqarışıqlarının müəyyən olunma metodları” və AZS 154:2025 “Pambıqmahlıcı. Yetişkənliyin müəyyən edilmə metodları” dövlətstandartları qəbul edilib.

Bu barədə Trend-ə AZSTANDART-dan məlumat verilib.

Bildirilib ki, bu dövlət standartları pambıq mahlıcının təsnifatcihazlarından istifadə etməklə rəng, tullantı, mikroneyrgöstəricisi, yuxarı orta uzunluq, uzunluğa görə bərabərlik indeksi,xüsusi qırılma yükü, pambıq analizatorlarında qüsur və zibilqarışıqlarının kütlə payı, eləcə də pambığın sınağı üçünstandartlaşdırılmış alətlərdə (SITC) nepslər (düyünlər), o cümlədənpolyarizasiya işığında və nümunənin havakeçirmə qabiliyyətinə görəyetişkənlik əmsalının müəyyənləşdirilməsi metodlarını təyinedir.

Qeyd olunub ki, sözügedən standartlar Azərbaycan RespublikasınınKənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki BitkilərElmi-tədqiqat İnstitutunun bazasında təsis olunmuş “Pambıqçılıqsənayesi”nin standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK38) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərəkStandartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxiledilib.

Seçilən
12
3
az.trend.az

10Mənbələr