AZ

Beyləqanda maşın yoldan çıxıb kolluğa düşdü - VİDEO

Beyləqan rayonu ərazisində yol qəzası qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 30-da axşam saatlarında Birinci Şahsevən kəndində baş verib. Belə ki, “Moskviç” markalı maşın hərəkətdə olarkən anidən idarəetmədən çıxaraq dərəyə düşüb. İddialara əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Qəza zamanı nəqliyyat vasitəsi sıradan çıxıb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub, qəzalı maşın ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Seçilən
25
avtosfer.az

1Mənbələr