AZ

Paytaxtda subasma olan ərazilər niyə artıb? VİDEO

Son illər paytaxtın müxtəlif ərazilərində il ərzində bir neçə dəfə subasma baş verir. Adətən uzun müddətli yağışlardan sonra yaranan problem artıq  isti havalarda da özünü göstərir. Məsələn mütəmadi olaraq Binəqədi rayonu, eləcə də Binə, Ramana, Qala qəsəbələrində evlərin zirzəmilərinə su dolması xəbərlərinə rast gəlinir.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyirlər ki, əvvəllər qrunt suları nadir hallarda bu  şəkildə üzə çıxırdı. Ancaq son bir neçə ildə vəziyyət xeyli çətinləşib.

Ekoloq Sadiq Həsənovun sözlərinə görə, subasma müşahidə edilə yaşayış məntəqələrinin sayının artmasının əsas səbəbi qrunt sularıdır. paytaxta qrunt sularının artmasına isə bir neçə amil səbəb olur. Əhalinin sayının artması və qabaqlayıcı tədbirlərin yetərli olmaması problemi çoxaldır.

Ekoloq deyir ki, əgər qrunt sularının idarə olunması istiqamətində ciddi addımlar atılmasa gələcəkdə fəsadlar daha da arta bilər.. Bu sular istifadəyə yararlıdır və texniki məqsdlər üçün istifadə edilə bilər.

Onu da əlavə edib ki, qrunt suları adətən əkin sahələrinin suvarılmasında, yaşıllaşdırmada , həmçinin avtomobil yuma yerlərində geniş istifadə edilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
48
3
xezerxeber.az

10Mənbələr