AZ

"Bayer" heyətinə yeni futbolçu qatdı

Bayer Leverkuzen , əvvəllər İtaliyanın "Roma"sında çıxış etmiş 29 yaşlı müdafiəçi Mario Hermosonu icarəyə götürdüyünü rəsmən açıqlayıb. 

News24.az xəbər verir ki, icarə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.

Hermoso "Espanyol" və "Atletiko Madrid"də də oynayıb. İspan futbolçu ötən ilin sentyabrında “Roma”ya transfer olub. O, bütün turnirlərdə 13 oyuna çıxıb, bir qol vurub.

Futbolçunun Roma klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Ağa Dadaşzadə


Seçilən
18
news24.az

1Mənbələr