HƏMAS ilə atəşkəs razılaşması əldə edən İsrail indi də işğal altındakı İordan çayının qərb sahilindəki Cenin bölgəsində əməliyyata başlayıb.
Medianews.az xəbər verir ki, Tulkarem şəhərində evləri və xəstəxananı mühasirəyə alan İsrail ordusu Əl-Qüds Briqadaları ilə qarşıdurmada çoxlu döyüşçünü öldürüblər.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada, İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilindəki Hebron bölgəsinin cənubunda yerləşən Fəvvar qaçqın düşərgəsinə basqın etdiyi təsdiqlənib.
Hebron bölgəsinin cənubundakı Fəvvar qaçqın düşərgəsinə basqının görüntüləri də ortaya çıxıb.
Həmin görüntüləri təqdim edirik.
Medianews.az