Bakı. Trend:
Ermənistanla Fransanın hərbi tərəfdaşlığı Cənubi Qafqaz üçünstrateji risklər yaradır.
Trend xəbərverir ki, bunu Karlton Universitetinin Avropa, Rusiya və Avrasiyatədqiqatlar İnstitutunun keçmi elmi işçisi, Kanada QlobalMünasibətlər İnstitutunun sabiq üzvü Robert M.Katler “Fransa vəErməni-Azərbaycan münaqişəsi” mövzusunda Bakıda keçirilənbeynəlxalq konfransda bildirib.
“Fransa və Ermənistan bu ilin əvvəlinə silahlı qüvvələrlə bağlıonlarla ölçülərin nəzərdə tutulduğu kompleks müdafiə əməkdaşlığıproqramını artıq təsbit ediblər. Silahların təxirəsalınmaz tədarüküilə yanaşı, Fransanın götürdüyü hərbi öhdəliklər Cənubi Qafqaz üçünyeni uzunmüddətli strateji risklərlərə yol açır. ErmənistanınFransa hərbi texnikalarından artan asılılığı onun tarix boyu Rusiyasilahlarından asılılığı kursundan əhəmiyyətli dərəcədə sapdığınıgöstərir”,- deyə o bildirib.
Onun sözlərinə görə, Fransa bu məcrada davam etsə, Onun2026-2027-ci illər ərzində Ermənistanın təhlükəsizliyinin təminolunmasında oynadığı rolu əhəmiyyətli şəkildə arta bilər. Dahadərin hərbi tərəfdaşlıq müdafiə razılaşmalarınınrəsmiləşdirilməsinə yol aça bilər ki, bu da öz növbəsində FransanınErmənistan təhlükəsizlik maraqlarına daha sıx bağlanmasına yolaçacaq.
“2025-ci ildir və Fransa artıq neytral vasitəçi deyil. OErmənistanın təhlükəsizliyinin və inkişafının təmin olunmasındaəsas oyunçuya çevrilir ki, bu da onun Cənubi Qafqazda dahabalanslaşdırılmış rolundan kəskin şəkildə seçilir. Qısamüddətliperspektivdə bu geosiyasi qeyri-sabitliyi artırmış olur.Ortamüddətli perspektivdə isə digər region oyunçularının buna necəreaksiya göstərəcəyindən çox şey asılı olacaq. Fransanın 2026-cı ilparlament seçkiləri ərəfəsində Ermənistanda iştirakını artırması,daxili siyasi manevrlər etməkdə Paşinyanın “əlinə oynaya” bilər vəona Azərbaycana qarşı daha barışığa-yönəli siyasət yürütməsi“siyasi maskası” geyindirə bilər. Amma bunun regionda vəziyyətinsabitləşməsinə yoxsa daha da gərginləşməsinə yol açacağı – açıqsual olaraq qalmaqdadır”, -deyə Robert M.Katler bildirib.