AZ

7-ci sinif şagirdi QAÇIRILDI – ANBAAN VİDEO

Rusiyanın Tümen vilayətinin Knyajevo kəndində məktəbin yaxınlığında 7-ci sinif şagirdi qaraçı diasporunun nümayəndələri tərəfindən qaçırılıb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, onlar bunu, qızı zorla ərə vermək məqsədi ilə ediblər.

Hər şey şahidlərin gözü qarşısında baş verib. Bir kişi və bir gənc məktəb yaxınlığında 13 yaşlı qızı izləyiblər. Uşağı maşına mindirərək naməlum istiqamətə aparıblar.

Şahidlər dərhal məktəb direktoruna hər şeyi danışıb, o, polisə müraciət edib. Sonradan məlum olub ki, boz rəngli “KİA RİO” markalı avtomobil saat 8:00-dan 14:00-a kimi məktəbin yaxınlığında olub.

Məlumata görə, qızın dostları qaçırılmadan bir qədər əvvəl sosial şəbəkələrdə bir oğlanla tanış olduğunu, lakin sonradan onun onu təqib etdiyindən şikayətlənməyə başladığını bildiriblər.

Qız qorxusundan dostlarından onu evə qədər gəzdirmələrini istəyib. Qızın anası qızının hansısa oğlanla ünsiyyətindən xəbəri olduğunu təsdiqləyib. Qızın tam və firavan ailədə böyüdüyü qeyd olunur.

Hazırda polis uşağı axtarır. İstintaq Komitəsinin məlumatına görə, artıq cinayət işi açılıb.

Seçilən
6
medianews.az

1Mənbələr