Futbol üzrə Avropa Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsinin sonuncu – 8-ci turunun ardından ölkələrin UEFA reytinqi açıqlanıb.
Arena.az xəbər verir ki, ötən gün baş tutan matçlar bəzi dəyişikliyinə səbəb olub.
Şotlandiya və Danimarka İsveçrəni keçib. İsveç isə Kipri arxada qoyub.
Yunanıstanda “Olimpiakos”a 0:3 hesabı ilə uduzan “Qarabağ” Azərbaycanın aktivini zənginləşdirə bilməyib. Nəticədə mövqeyi dəyişməyən ölkəmiz 28-ci pillədə qalıb.
Azərbaycanın hesabında 19,625 xal var. Ölkəmiz mövsümü bu xalla başa vurub. Amma yekun mövqeyi dəqiqləşməyib. Çünki aşağı sıralardakı bəzi ölkələrin təmsilçiləri mübarizəni davam etdirirlər.
Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Xatırladaq ki, UEFA reytinqinə İngiltərə başçılıq edir. İtaliya ikinci, İspaniya isə üçüncüdür.
Siyahının ilk 40 pilləsində qərarlaşmış ölkələrin sıralaması belədir:
- İngiltərə – 106.624
- İtaliya – 92.668
- İspaniya – 87.739
- Almaniya – 82.581
- Fransa – 69.093
- Niderland – 63.816
- Portuqaliya – 60.766
- Belçika – 54.350
- Çexiya – 43.300
- Türkiyə – 42.500
- Yunanıstan – 37.687
- Norveç – 36.312
- Avstriya – 35.350
- Şotlandiya – 34.550
- Danimarka – 33.356
- İsveçrə – 33.225
- Polşa – 31.875
- İsrail – 31.625
- Xorvatiya – 27.025
- İsveç – 25.875
- Kipr – 25.662
- Serbiya – 25.500
- Ukrayna – 24.400
- Macarıstan – 23.500
- Rumıniya – 22.000
- Slovakiya – 21.250
- Bolqarıstan – 19.875
- Azərbaycan – 19.625
- Sloveniya – 18.343
- Rusiya – 18.299
- Moldova – 14.500
- İrlandiya – 14.468
- İslandiya – 13.020
- Ermənistan – 12.250
- Latviya – 12.250
- Kosovo – 12.041
- Bosniya və Herseqovina – 11.906
- Finlandiya – 11.750
- Qazaxıstan – 11.125
- Farer adaları – 10.750