Kanadanın “Global Nesw” kanalı bildirib ki, Kanada Sərhəd Xidmətləri Agentliyi İran rejiminin yüksək vəzifəli məmurların ölkədən deportasiyası prosesinə başlayıb.
Məlumata görə, bu məmurlardan biri də Kanadaya turist vizası ilə daxil olan və iş icazəsi üçün müraciət edən İlham Zəndidir. Məlumatda İlham Zəndinin vəzifəsindən bəhs edilmir.
İlham Zəndi İrandakı tarixçəsi ilə bağlı araşdırma uzanması səbəbindən Kanada İmmiqrasiya Xidmətini məhkəməyə verib və 10 min dollar təzminat tələb edib.
Proses zamanı liberal deputat Patrik Vilerin ofisi bir neçə dəfə Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq departamenti ilə əlaqə saxlayaraq işin araşdırılmasını istəyib.
Kanada Sərhəd Xidmətləri Agentliyi bildirir ki, qanuna əsasən, İranın Kanadadakı yüksək vəzifəli məmurlarını müəyyən edib və onların insan hüquqlarının pozulması səbəbindən ölkəni tərk etməli olacaqlarını bildirib.
Bu təşkilat son aylarda Kanadada 18 İran dövlət məmurunun Kanada qanununu pozduğunu müəyyən edib. Onlardan 3-ü barəsində iş açılıb, 2-si deportasiya ərəfəsindədir, üçüncü şəxs isə ölkədən çıxarılmayacaq.