AZ

Elisaşvili Əli Babayevə qarşı iddia qaldırıb

“Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili dekabrın 3-də baş vermiş insidentlə bağlı Əli Babayevə qarşı polisə iddia qaldırıb.

XəzərNews.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Elisaşvili iddia edib ki, qarşıdurma zamanı Əli Babayev ona bıçaq çıxarıb və ölümlə təhdid edib.

Siyasətçinin sözlərinə görə, istintaq orqanına təqdim olunan kadrlarda proses açıq şəkildə görünür:

“Gürcü arzusu”nun təcrübəli təxribatçısı Əli Babayev bütün əməliyyatı planlaşdırıb. Mən ona reaksiya verdim. 2 gündən sonra xüsusi təyinatlılar məni döyərək həbs etdilər. 12 gün həbsdə saxladılar. Sonra mənə 2 ay həbs qətimkan tədbiri seçərək zaminə buraxılsam da, barəmdə siyasi motivlərlə təqiblərə xitam verilmədi. Guya siyasi xadim Əli Babayevə qarşı cinayətim var. Kadrlardan görünür ki, davadan sonra Əli Babayev bıçağı götürərək mənə tərəf gəlir", - deyə Elisaşvili bildirib.

Qeyd edək ki, A.Elisaşviliyə qarşıGürcüstanCinayət Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinin “A” bəndi (şəxsin siyasi fəaliyyətlə əlaqədar təqib edilməsi, zorakılıq törədilməsi) ilə ittiham irəli sürülüb. Elisaşvili 4000 lari girov müqabilində azadlığa buraxılıb.


Xəbər 7 dəfə oxunub.
Seçilən
24
xezernews.az

1Mənbələr