AZ

"Bugünkü Azərbaycan gəncliyi Rəsulzadənin ideyalarını necə mənimsəyib? QHT sədrindən AÇIQLAMA

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, böyük ictimai-siyasi xadim Məmməd Əmin Rəsulzadənin anadan olmasının 141 ili tamam olur.

"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova Rəsulzadənin "Gəncliyə xitabı"nın bu gün də Azərbaycan gəncləri üçün əsas çağırış olaraq qalmasını vurğulayıb:

"Məmməd Əmin Rəsulzadə və silahdaşları mürəkkəb ictimai-siyasi vəziyyətdə müstəqil Azərbaycanın yaradılması yönündə misilsiz xidmətlər göstərmişlər. M.Ə,Rəsulzadənin "Gəncliyə xitabı" var. Orda o qeyd etmişdir:

Ey gələcək nəsil, ey gənclik!
Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!
Sənin öhdəndə böyük bir vəzifə var.
Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı.
Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha
enməz!

Məhz, bu tezisləri əminliklə və qürurla deyə bilərik ki, bu günkü Azərbaycan gəncliyi uğurla yerinə yetirmişdir. 30 ilə yaxın işğalda qalan torpaqlarımızın azad edilməsi, ölkə hüdudlarında suverenliyimizin tam olaraq təmin edilməsi bu missiyanın ən əsas zənciridir. Bu gün Azərbaycan gənci müxtəlif sahələrdə üçrəngli müqəddəs bayrağımızı ən mötəbər kürsülərdə dalğalandırır, himnimizi səsləndirir. Düşünürəm ki, bu missiya müasir dövrdə dövrün trendlərinə uyğun formada davam etdirilməlidir. Azərbaycan gənci ən müasir texnologiyalardan xəbərdar olmalı, dünya elminə töhfələr verməlidir".

 

Pərvanə Fərhadqızı

Seçilən
69
qht.az

1Mənbələr