AZ

11 yaşlı qız onu gəzməyə buraxmayan nənəsini ÖLDÜRDÜ

Rusiyada 11 yaşlı qız, onu gəzməyə buraxmayan 75 yaşlı nənəsini bıçaqlayaraq öldürüb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yanvarın 30-u, Moskvada baş verib.

Qız səhhətinə görə məktəbə getməyib evdə təhsil alırdı. Valideynləri işdə olarkən o, 75 yaşlı nənəsi ilə evdə qalıb. Nahardan sonra gəzintiyə çıxmaq istəsə də, repetitor gəlməli olduğu üçün nənəsi bunu qadağan edib.

Bu səbəbdən qız o qədər əsəbiləşib ki, mətbəxdən bıçağı götürərək təqaüdçünün sağ nahiyəsindən bıçaqlayıb. Qız küçəyə qaçaraq “nənəsi öldü” deyə qışqırmağa başlayıb. Qızla həmyaşıd olan qonşusu onun evinə gedib və təqaüdçünün qan içində olduğunu görərək təcili yardım çağırıb.

Yaşlı qadını xilas etmək mümkün olmayıb, o, təcili yardım maşınında dünyasını dəyişib. Zərərçəkənin ölümü ilə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı iş açılıb, lakin bu maddə ilə məsuliyyət yalnız 14 yaşdan yuxarı olanlara şamil edilir.

 

Seçilən
38
1
medianews.az

2Mənbələr