AZ

Ronaldo yeni rekorda imza atıb

Kriştiano Ronaldo klub səviyyəsində 700 matçda qalib gələn ilk oyunçu olub.

"Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo tarixdə klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub.

"Operativ Media" xəbər verir ki, bu haqda "Marca" nəşri məlumat yayıb.

Ronaldo “Sportinq Lissabon”la 13, “Mançester Yunayted”lə 214, “Real”la 316, Turin “Yuventus”u ilə 91, “Əl Nəsr”lə 66 dəfə qalib gəlib.

39 yaşlı hücumçu bu yaxınlarda karyerasında 921-ci qolunu vurub. Bunlardan 786-sı klub səviyyəsində, daha 135-i isə Portuqaliya millisinin heyətində vurulub.

Ronaldonun "Əl Nəsr"lə müqaviləsi 2025-ci ilin yayına qədərdir. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.

Seçilən
101
4
operativmedia.az

4Mənbələr