Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) DirektorlarŞurası Azərbaycan üçün növbəti beş il ərzində investisiya vəsiyasət təşəbbüslərini rəhbər tutan yeni ölkə strategiyasını təsdiqləyib.
Trend xəbərverir ki, AYİB-in Azərbaycan üçün iki əsas prioriteti bunlardır:(i) daha güclü, daha rəqabətli və inklüziv özəl sektor vətəkmilləşdirilmiş idarəetmə vasitəsilə daha çox iqtisadidiversifikasiyanın təşviq edilməsi; və (ii) yaşıl iqtisadiyyatakeçidin sürətləndirilməsi və regional əlaqənintəkmilləşdirilməsi.
Birinci prioritet çərçivəsində AYİB Azərbaycanın özəl sektorununrəqabət qabiliyyətini və inklüzivliyini artırmaqla karbohidrogenixracından asılılığını aradan qaldırmağı hədəfləyir. Bankinvestisiya və məsləhət dəstəyini aqrobiznes, istehsal vəxidmətlər, informasiya və kommunikasiya texnologiyaları vəinfrastruktur kimi qeyri-neft sektorlarında kiçik və ortamüəssisələrə yönəldəcək.
Bank həmçinin qadınların və gənclərin rəhbərlik etdiyimüəssisələrin səlahiyyətləndirilməsinə, daha böyük rəqabətqabiliyyəti vasitəsilə innovasiyaların dəstəklənməsinə və ixracimkanlarının genişləndirilməsinə diqqət yetirəcək, eyni zamandakorporativ idarəetmənin gücləndirilməsi, dövlət müəssisələrindəislahatların aparılması və ümumi biznes mühitinin yaxşılaşdırılmasıüçün dövlət qurumları ilə işləməyə davam edəcək.
İkinci prioritet Azərbaycana bərpa olunan enerji potensialınıaçmaqda kömək etmək məqsədi daşıyır. Bank günəş və külək enerjisilayihələrinin inkişafına, enerji səmərəliliyinin artırılmasına vəiqlim dəyişikliyinə davamlılığa dəstək göstərməyə davam edəcək.Azərbaycanın enerji şəbəkəsinin gücləndirilməsi və bərpa olunanenerjinin ixracına imkan yaradılması bu səylərin əsasını təşkiledəcək.
AYİB Azərbaycana Avropa və Asiya arasında yerləşən coğrafimövqeyindən yararlanmağa kömək edəcək. Xüsusi diqqəti Orta Dəhlizləəlaqəli layihələrə yönəltməklə, Bank dayanıqlı nəqliyyatşəbəkələrinə, rəqəmsal əlaqə və bələdiyyə infrastrukturunainvestisiya edəcək.
AYİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri NataliMouravidze bildirib: “Ötən günlərdə yeni strategiyamızın Şuratərəfindən təsdiqlənməsindən məmnunam. Biz Bakı ofisində işimizidaha da gücləndirməyi səbirsizliklə gözləyirik. Növbəti beş ilərzində biz Azərbaycanla innovasiyalar və özəl sektorungücləndirilməsi ilə idarə olunan şaxələndirilmiş, inklüziv vədavamlı iqtisadiyyat qurmaq üçün işləyəcəyik. Azərbaycanın bərpaolunan enerji potensialından istifadə etməklə və onun regionaləlaqələrini gücləndirməklə biz ölkə və onun əhalisi üçünuzunmüddətli imkanlar yarada bilərik. Bunun üçün artıq güclü birtəməlimiz var”.