AZ

Gündə 4 rulon tualet kağızı yeyən qadin

İLDƏ 4 000 MANATDAN ÇOX PUL XƏRCLƏYİR

Gündə 4 rulon tualet kağızı yeyən qadın qeyri-adi vərdişinə ildə təxminən 4 000 manatdan çox pul xərcləyir.

ABŞ-ın Merilend ştatından olan Kina Mur adlı qadın 20 ildir ki, bu qeyri-adi vərdişlə yaşayır. Harda olmağından asılı olmayaraq, gündə 4 rulon tualet kağızı istehlak edir.  “Bu vərdiş məndə təxminən 8 yaşımda başladı. Səhər oyanan kimi tualet kağızı yeməyə başlayıram. Səhər saat 8-dən axşam saat 7-yə qədər mən sadəcə çeynəyirəm. Həmçinin, mənim pikacizm xəstəliyim var – yəni yemək pozuntusu, insanların heç bir qida dəyəri olmayan, həzm olunmayan əşyaları, məsələn, plastik, kağız, sabun, təbaşir və s. yeyirəm. İnsanlar tualet kağızı yediyimi görəndə, mənə qəribə baxır. Hətta telefonu çıxarıb məni videoya çəkməyə çalışır, amma vecimə deyil, çünki hər kəsin öz qəribə vərdişləri var” deyə, o izah edib. Kina tualet kağızının kalorisiz olduğunu bildirib.

Bundan əlavə, Kina bu vərdişin onun sağlamlığına heç bir mənfi təsirin olmadığını deyb və insanları bunu “sınamağa” çağırış edib. Lakin həkimlər, tualet kağızının bədənimiz tərəfindən yaxşı həzm olunmamasını, həzm sistemində tıxanmaya, qarın ağrısına, nəcisdə qana səbəb olacağını, bu da qusma, qəbizlik və ağır hallarda cərrahi müdaxilə tələb olunacağını bildirib.

Seçilən
30
4
medicalmedia.az

5Mənbələr