AZ

Bakıda oğurluqda şübhəli bilinən 3 nəfər saxlandı

Image

Qaradağ və Suraxanı rayonlarında oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Qaradağ rayonu ərazisində ekskavator və avtomobillərdən 6 ədəd akkumulyatorun oğurlanması barədə polisə məlumatlar daxil olub.

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 33 yaşlı C.Qorçuyev və 31 yaşlı R.Nüsrətli müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən bir nəfərin bank kartından 600 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı İ.Qurbanovun müəyyən olunaraq saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

NAMİQ





Seçilən
29
baki-xeber.com

1Mənbələr