AZ

Tramp Suriyadakı qoşunlarla bağlı dəqiq qərara gəlmədiyini açıqlayıb

Bakı,TurkicWorld

ABŞ Prezidenti Donald Tramp, Suriyadakı ABŞ qüvvələrinin sayının indiki səviyyədə saxlanılıb-saxlanılmayacağı ilə bağlı dəqiq açıqlama verməkdən imtina edib.

TurkicWorld xəbər verir ki , dünən jurnalistlərin İŞİD-lə mübarizə üçün Suriyada yerləşdirilən ABŞ qüvvələrinin geri çəkilib-çəkilməyəcəyi ilə bağlı sualına cavab verən Tramp , “Biz bununla bağlı qərar verəcəyik.” - deyə bildirib.

“Bizim Suriya ilə heç bir əlaqəmiz yoxdur. Orada kifayət qədər xaos var, bizim hər şeyə qarışmağımıza ehtiyac yoxdur.” - deyə o vurğulayıb.

Belə ki, Vaşinqton illərdir Suriyada 900-ə yaxın ABŞ əsgərinin olduğunu bildirib. Lakin Pentaqon ötən ilin dekabrında bu sayın təxminən 2000 əsgərə qədər artdığını da etiraf edib.

Məlumata görə, ABŞ ilə Suriyanın qonşuları olan İraq və Türkiyə arasında Amerika qüvvələrinin Suriyada mövcudluğunun davam etdirilməsinin zəruriliyi ilə bağlı uzun müddətdir fikir ayrılığı var. İsrail isə ABŞ-ı regiondakı mövcudluğunu qoruyub saxlamağa çağırıb.

Qeyd edək ki, Tramp ötən dekabrda, Suriya Prezidenti Bəşər Əsədin devrilməsindən əvvəl, ABŞ ordusunun Suriyadan kənarda qalmalı olduğunu bildirmişdi.

Seçilən
35
turkic.world

1Mənbələr