AZ

"Beşiktaş" Jan Onana ilə vidalaşır



"Beşiktaş" kamerunlu yarımmüdafiəçi Jan Onana ilə vidalaşır.

Bu barədə Bakupost.az "Mynet" idman nəşrinə istinadən bildirir

“Ağ-qaralar” heyətə daxil edilməyən Jan Onananın satınalma hüququ ilə A Seriya təmsilçisi “Cenoa”ya icarəyə verildiyini açıqlayıb.

2023-cü ilin yayında "Lens"dən transfer olunan 25 yaşlı oyunçu "Beşiktaş" forması ilə ümumilikdə 16 oyunda iştirak edib.

Elgün, BakuPost

Seçilən
51
bakupost.az

1Mənbələr