AZ

M.Zaxarova erməni jurnalistin Rusiya-Azərbaycan münasibətləri barədə sualına sərt cavab verib

Moskva, 31 yanvar, AZƏRTAC

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Rusiya-Azərbaycan münasibətləri barədə sualına emosional reaksiya verib.

AZƏRTAC xəbər verir ki, erməni jurnalistin sualını cavablandıran rusiyalı diplomat deyib: “Siz doğrudanmı başa düşmürsünüz ki, bizim ikitərəfli gündəliyimiz barədə sual erməni mediası nümayəndəsinin dilindən necə gülməli səslənir?”

M.Zaxarovanın sözlərinə görə, bu sual Rusiya-Azərbaycan münasibətlərinin ikitərəfli əsaslarda inkişaf etməsi və Bakı ilə İrəvan arasında münaqişənin həlli məsələsinə aidiyyətı olmaması kontekstində “absurd” səslənir.

RF XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri ilə bağlı məsələlər müstəsna olaraq iki dövlət arasında həll olunur və onları üçüncü tərəfin maraqları ilə əlaqələndirmək cəhdləri yersiz görünür. O, Ermənistan media nümayəndələrinin Rusiya-Ermənistan gündəminin əsas aspektlərinə məhəl qoymadan sırf üçüncü ölkələrin ikitərəfli münasibətləri ilə bağlı suallar verməsindən təəccübləndiyini bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
35
15
azertag.az

10Mənbələr