Rusiya “İsgəndər” ballistik raket sisteminin yeni modifikasiyasının seriyalı istehsalına başlamaq ərəfəsindədir.
Publika.az xəbər verir ki, "Force Index" nəşri bu barədə adı açıqlanmayan Rusiya mənbələrinə istinadən məlumat yayıb.
“Rusiya “İskəndər-M” ballistik raket sisteminin yeni modifikasiyasının seriyalı istehsalına başlamağa yaxındır. Güman edilir ki, yeni raketdə edilən dəyişikliklərə mühərrik və yanacaq tutumunun təxminən 15%, uçuş məsafəsinin 500-dən 1000 kilometrə qədər artırılması daxildir". - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, yeni raketlər Rusiyanın qərbində, Kalininqradda yerləşdiriləcək ki, bu da onlara Mərkəzi və Qərbi Avropada, eləcə də Baltik dənizində hədəfləri vurmağa imkan verəcək.