AZ

295 nömrəli məktəb 20 illik yubileyini qeyd edib

Nardaran qəsəbəsi, Abşeron küçəsi 2, 295 №-li tam orta məktəbi "Ömrə Düşən İşıq: 20 ilin Təntənəsi" adlı yubiley tədbiri keçirib.

 

AzEdu.az xəbər verir ki, 2004-cü ildə istifadəyə verilmiş məktəb 2018-ci ildə əsaslı təmir edilərək, müasir təhsil standartlarına uyğun şəraitlə təmin edilib.

 

20 illik yubiley tədbirində məktəbin müəllimləri və şagirdləri iştirak edib. Tədbir boyunca şagirdlər və müəllimlər birgə  mahnılar oxuyub və əyləniblər.

 

Qeyd edək ki, məktəbin məzunları arasında ali məktəblərə yüksək balla qəbul olunanlar, həmçinin müxtəlif olimpiadaların medalçıları mövcuddur. Məktəb dəfələrlə qrand müsabiqələrin qalibi olub.

 

Bu cür tədbirlər məktəbin daha da inkişafına və təhsil sistemindəki uğurların davamlı olmasına töhfə verir. Yubiley münasibətilə məktəbin rəhbərliyini, müəllimlərini və şagirdlərini təbrik edir, uğurlarının davamını arzulayırıq.

 

Seçilən
22
azedu.az

1Mənbələr