AZ

35 yaşdan sonra qadınların hamilə qalmaq şansı azalır?

35 yaşdan sonra qadınların

Araşdırmalar göstərir ki, yaş artdıqca qadınların məhsuldarlığı tədricən azalır. 20 yaşlarında qadınların hamilə qalma şansı ayda təxminən 25 faiz olsa da, bu göstərici 30 yaşda 20 faizə, 35 yaşda isə 15 faizə düşür.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, 40 yaşın əvvəllərində isə təbii hamiləlik şansı ayda 5 faiz və ya daha az olur. Bunun əsas səbəbi yumurtaların keyfiyyətinin və sayının azalmasıdır.

35 yaşdan sonra məhsuldarlığın azalmasına baxmayaraq, bir çox qadın uğurla ana ola bilir. Təbii yolla hamilə qalmaqda çətinlik çəkənlər üçün yumurta dondurma və in vitro gübrələmə (IVF) kimi köməkçi reproduktiv texnologiyalar mövcuddur. Lakin IVF müalicəsinin uğur faizi də yaşla birlikdə azalır.

ABŞ-də 35 yaşdan sonra ilk dəfə ana olan qadınların sayı artmaqdadır. Sağlam həyat tərzi məhsuldarlığı dəstəkləsə də, yaşlanmanın təsirlərini tamamilə aradan qaldırmaq mümkün deyil.

35 yaşdan yuxarı olan və 6 aydır hamilə qala bilməyən qadınların mütəxəssisə müraciət etməsi tövsiyə edilir. Müasir tibbi üsullar bu yaşda da uğurlu hamiləliyi mümkün edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
53
e-saglam.az

1Mənbələr