Ermənistanın Avropaya inteqrasiyası erməni əhalinin tam yoxsullaşması ilə nəticələnə bilər.
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Ermənistan məhsulları daha yüksək rüsumlarla üzləşəcək, bütün bunlar ÜDM-in artım tempinin kəskin düşməsinə gətirib çıxaracaq. Əgər biz istehsalın miqyasından, Ermənistan əhalisindən danışırıqsa, bu, sadəcə ümumi yoxsullaşmaya gətirib çıxara bilər", - diplomat bildirib.
M.Zaxarova həmçinin Ermənistan mallarının ixracının 80 % azalacağını proqnozlaşdırıb.
Eyni zamanda, onun fikrincə, İrəvanın Aİİ dövlətləri ilə ticarət dövriyyəsini alternativ mənbələrlə əvəz etmək hətta ortamüddətli perspektivdə belə mümkün deyil: "Ermənistanda bəzi ekspertlər iddia edirlər ki, Qərb, xüsusilə Avropa İttifaqı guya hər şeyi ödəməyə hazırdır. Onların nə vaxtsa hər şeyi ödədikləri ilə bağlı mənə nümunə göstərin. Hər şeyi mənimsəməyi isə bacarırlar, biz bunu bilirik, bu nümunələri görürük".
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə qoşulma prosesinin başlanması haqqında qərar layihəsini təsdiqləyib, hazırda müvafiq sənədlər parlamentdə müzakirə olunur. Respublikanın baş naziri Nikol Paşinyan qeyd edib ki, bu, İrəvanın avtomatik olaraq birliyə qoşulması demək olmayacaq, çünki bu məsələ referenduma çıxarılmalıdır.