AZ

HƏMAS-ın növbəti azad edəcəyi girovlar İsrail, ABŞ və Fransa vətəndaşlarıdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fələstin HƏMAS hərəkatı fevralın 1-də İsrail vətəndaşı Yarden Bibas, ABŞ pasportunun sahibi Kit Siqal və Fransa vətəndaşı Ofer Kalderonu azad edəcək.
Oxu.Az-ın məlumatına görə, müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadı - "İzzəddin əl-Qəssam Briqadaları" qruplaşmasının nümayəndəsi Əbu Ubeydə özünün "Telegram" kanalında dərc edib.
"İsraillə mübadilə sazişi çərçivəsində fevralın 1-də Ofer Kalderon, Kit Siqal və Yarden Bibası azad etmək qərarına gəldik", - deyə o yazıb.
Xatırladaq ki, dünən HƏMAS İsraillə atəşkəs sazişi şərtlərinə əsasən azad edilən üç İsrail girovunu və beş Tailand vətəndaşını Qəzzada Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarına təhvil verib.
Seçilən
3
16
oxu.az

10Mənbələr