AZ

İsveç Ukraynaya 1 milyard ABŞ dolları dəyərində hərbi yardım paketi ayırıb

İsveç hökuməti Ukraynaya 13.5 milyard SEK (1.2 milyard ABŞ dolları) dəyərindəki yeni hərbi yardım paketini elan edib.

“Poliqon” İsveç hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, bu, indiyə kimi İsveç tərəfindən Ukrayna üçün ayrılmış ən böyük hərbi yardım paketidir.

Bu paketə İsveç Silahlı Qüvvələrinin inventarından Ukraynaya silah-texnikanın bağışlanması, Ukrayna Silahlı Qüvvələri üçün yerli və xarici şirkətlərdən yeni silah-texnikanın alınması, Ukrayna müdafiə sənayesinin inkişaf etdirilməsi, hərbi təhsil və digər sahələrin dəstəklənməsi daxildir.

Qeyd edilib ki, paketdən ayrılacaq 5.9 milyard SEK (534 milyon dollar) dəyərindəki məbləğlə İsveç hökuməti adından Ukrayna Silahlı Qüvvələri üçün yerli və xarici müdafiə sənayesi şirkətlərindən yeni silah sistemləri və texnikalar alınacaq.

Bundan başqa, Ukraynaya hərbi avadanlıq və sursat tədarükü üçün 2.8 milyard SEK (253.4 milyon dollar) dəyərindəki məbləğ müxtəlif fondlara və koalisiyalara ianə ediləcək. Ukraynanın uzaqmənzilli raket və uzun mənzilli pilotsuz uçuş aparatları istehsalına isə təxminən 1 milyard SEK (90 milyon dollar) ayırılması planlaşdırılır.

İsveç Silahlı Qüvvələrinin inventarından Ukraynaya 3.3 milyard SEK (298.7 milyon dollar) dəyərində silah-texnika bağışlanacaq ki, bu siyahıya da daxildir:

146 ədəd yük maşını;

16 ədəd CB90 hücum kateri;

Dəniz platformaları üçün 23 ədəd silah stansiyası;

1 milyon ədəd 12.7 mm-lik patron;

1500 ədəd TOW tank əleyhinə raket;

200 ədəd zireh dələn mərmi və s.

Seçilən
24
poliqon.az

1Mənbələr