![Əzələ krampları üçün təbii müalicə:](https://e-saglam.az/storage/news/middle/images/2025/1/ezele-krampini-nece-aradan-qaldirmaq-olar.jpg)
Əzələ krampları çox vaxt mineral çatışmazlığı, susuzluq və həddindən artıq fiziki aktivlik səbəbindən yaranır. Kalium, maqnezium və kalsium əzələlərin düzgün işləməsi üçün vacib minerallardır.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, banan yüksək kalium tərkibi ilə əzələ kramplarının qarşısını almaq üçün ən təsirli qidalardan biridir. Kalium əzələlərin rahatlamasına kömək edir və sinir impulslarının ötürülməsini tənzimləyir. Bananın tərkibində maqnezium, C vitamini, B6 vitamini və lif də var ki, bunlar da əzələ sağlamlığını dəstəkləyir.
Güclü məşq zamanı bədən kalium itirdiyi üçün məşqdən əvvəl və sonra banan yemək bu itkini bərpa edə bilər. Banan təbii şəkərlərlə orqanizmi enerji ilə təmin edir və məşq zamanı yorğunluğu azaldır.
Əzələ kramplarından əziyyət çəkənlər bananı qəlyanaltı kimi tək yeyə bilər və ya smuzi, qatıq və yulaf əzməsinə əlavə edə bilərlər.
Xüsusilə gecələr kramplardan əziyyət çəkənlər yatmazdan əvvəl bir banan yeyə bilərlər.
Təbii və asan əldə edilə bilən bir qida olduğu üçün banan əzələ sağlamlığı üçün ideal seçimdir. Əzələləri gücləndirmək və kramp riskini azaltmaq üçün balanslı qidalanma və kifayət qədər su qəbul etmək də vacibdir. Müntəzəm idman və mineral baxımından zəngin qidalar əzələ sağlamlığını qorumağa kömək edə bilər.
Tərcümə: Könül Oruc