AZ

2 uşağını itirən qadın atası evinə qonaq gəlibmiş

“Ağcabədidə əl qumbarasının partlaması nəticəsində xəsarət alan Ülviyyə Məmmədli Bərdədən atası evinə bir neçə günlük qonaq gəlibmiş”.

Viral.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Ağcabədi rayonu Hindarx qəsəbəsinin icra nümayəndəsi Elgün İsmayılov deyib.

O bildirib ki, Ülviyyə Şamiq qız Məmmədlinin hər iki övladı hadisə nəticəsində həyatını itirib: “Uşaqlardan biri 2018-ci il, digəri isə 2015-ci il təvəllüdlüdür. Hadisə zamanı Ü.Məmmədlinin həyat yoldaşı Bərdə şəhərində olub. Hazırda Ülviyyə Məmmədli və onun qardaşı uşağı xəstəxanadadır. Xəstəxanada olan uşağın sözlərinə görə, əl qumbarası zibillikdən tapılıb”.

Son Yazılar:

Qeyd edək ki, bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Hadisə nəticəsində 5 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.

Seçilən
65
17
viral.az

10Mənbələr