AZ

Ötən il Azərbaycanın keramika məmulatları satışından əldə etdiyi gəlir məlum olub

Bakı. Trend:

Ötən il Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 11,8 min tonkeramika məmulatları ixrac edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədədəyər ifadəsində 1,3 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcmifadəsində isə 8,6 min ton və ya 3,7 dəfə çoxdur.

Hesabat dövründə keramika məmulatları ixracı ölkənin ümumiixracının 0,04%-ni təşkil edib.

Eyni zamanda ötən il Azərbaycana 117,7 milyon ABŞ dollarıdəyərində keramika məmulatları idxal edilib ki, bu da 2023-cüildəki göstəriciyə nisbətən 15 milyon ABŞ dolları və ya 11,3%azdır.

Dövr ərzində keramika məmulatları idxalı ölkənin ümumi idxalının0,56%-ni təşkil edib.

Məqalədə:
Seçilən
50
az.trend.az

1Mənbələr