AZ

Cənubi Koreyada yanan sərnişin təyyarəsinin qara qutusu araşdırılır

Bakı,TurkicWorld

Cənubi Koreyada havaya qalxmazdan əvvəl alovlanan sərnişin təyyarəsinin qara qutusunun tapıldığı və araşdırmaya Fransadan bir ekspert qrupunun qoşulacağı bildirilib.

TurkicWorld xəbər verir ki , Yonhap agentliyinin məlumatına görə, Aviasiya və Dəmiryolu Qəzalarının Təhqiqat Şurası, polis, yanğınsöndürmə idarələri və Milli Məhkəmə Ekspertizası Xidməti ilə görüş keçirərək yanğınla bağlı təhlükəsizlik tədbirlərini müzakirə edib.

Yanğının dəqiq səbəbi hələ müəyyən edilməsə də, rəsmi mənbələr bunun portativ akkumulyator və ya kabinənin baqaj hissəsindəki əşyalarla bağlı ola biləcəyini ehtimal edirlər.

Qara qutunun tapıldığını təsdiqləyən rəsmilər, təhlükəsizlik tədbirləri ilə bağlı detallı planın yaxın vaxtlarda açıqlanacağını bildiriblər.

Bundan əlavə, Fransanın Mülki Aviasiya Təhlükəsizliyi üzrə Təhqiqat və Təhlil Bürosundan bir qrupun təhqiqat prosesinə qoşulacağı qeyd olunub. Bu, Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına əsasən aparılır, çünki yanan təyyarə Airbus şirkətinə məxsusdur və istehsalçı ölkənin araşdırmada iştirak etməsi tələb olunur.

Qeyd edək ki, Hadisə Cənubi Koreyanın Air Busan aviaşirkətinə məxsus Airbus sərnişin təyyarəsinin yanvarın 27-də Gimhae Beynəlxalq Hava Limanından havaya qalxmazdan əvvəl alovlanması nəticəsində baş verib.Yanğınsöndürmə rəsmilərinin məlumatına görə, təyyarədə olan 169 sərnişin və 7 heyət üzvü hava sürüşməsi ilə təxliyə edilib.

Seçilən
28
turkic.world

1Mənbələr