Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları AzərbaycanKibertəhlükəsizlik Mərkəzinin (AKM) dördüncü buraxılışınınməzunları ilə görüşüblər.
Trend xəbərverir ki, karyera günü çərçivəsində keçirilən “Career Day”sərgisində məzunlara AYNA-da mövcud iş imkanları barədə ətraflıməlumat çatdırılıb.
Onlara karyera inkişafı, şəxsi və peşəkar bacarıqlarınartırılması istiqamətində tövsiyələr verilib. Bildirilib ki, belətədbirlər gənclərin əmək bazarına inteqrasiyasını sürətləndirir,onların bilik və bacarıqlarını artıraraq daha uğurlu karyeraqurmalarına dəstək olur.
Qeyd edlilir ki, Azərbaycan Kibertəhlükəsizlik MərkəziniRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyətgöstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrailin“Technion” Texnologiya İnstitutu birgə təsis edib. AKM ölkədəkibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssislərin hazırlanmasıməqsədilə yaradılıb və üç il ərzində 1000-ə yaxın şəxsin bu sahədətəlim alması nəzərdə tutulub. Mərkəzin artıq 240 məzunu var vəonlar həm dövlət, həm də özəl sektorda kibertəhlükəsizlik üzrəmüxtəlif vəzifələrdə çalışaraq ölkəmizdə bu sahənin inkişafınatöhfə verirlər.