Malinin cənubunda qızıl mədəni torpaq sürüşməsi səbəbi ilə çöküb.
Malinin cənubunda qızıl mədənində torpaq sürüşməsi 10 nəfərin həyatına son qoyub.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, çökmə nəticəsində əksəriyyəti qadınlar olmaqla 10 nəfər həyatını itirib.
Bölgə qubernatorluğu təhlükəli şərait səbəbindən cəsədlərin heç birinin çıxarıla bilməyəcəyini və axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.