AZ

Bəşər Əsədin generalını küçənin ortasında güllələdilər

61 illik Baas rejiminin devrilməsindən sonra Bəşər Əsədin ölkədən qaçması ona sadiq olan şəxslərin ortalıqda qalmasına səbəb olub.

61 illik Baas rejiminin devrilməsinin ardınca devrilmiş lider Bəşər Əsədə sadiq əsgərlər bir-bir Suriya üçün yaradılmış yeni orduya qoşulmağa davam edirlər. Bu prosesə qoşulmaqdan imtina edən Əsəd rejiminə sadiq olan hərbiçilər isə dəhşətli sonluqla üzləşirlər.

GünazTV Haberler.com-a istinadən xəbər verir ki, Suriyada rejimi devirən silahlı müxalif Heyət Təhrir əş-Şam (HTŞ) tərəfindən Əsəd rejimində briqada generalı olan keçmiş hərbiçi küçənin ortasında güllələnib. Keçmiş briqada generalının güllələndiyi anın görüntüləri sosial şəbəkədə sürətlə yayılıb.

Hadisənin baş verdiyi anların yayımlanan görüntülərində Suriya Ordusunun keçmiş briqada generalı olduğu deyilən şəxsin müqavimət göstərmədiyi və üzərindən çıxardığı şəxsiyyət vəsiqəsi ilə kim olduğunu izah etməyə çalışdığı görülüb. HTŞ üzvləri hücum sabiq general ilə heç bir dialoqa girmədən onu güllələyiblər.

visiontv.az



Seçilən
20
visiontv.az

1Mənbələr