Seksual zorakılıq və insan alverində şübhəli bilinən amerikalı reper, prodüser P.Diddiyə (əsl adı Şon Kombsdur - Red.) qarşı yeni iddia qaldırılıb.
Publika.az xəbər verir ki, hazırlanan yeni iddianamədə repçinin daha 2 qadını seks alverinə məcbur etdiyi bildirilib.
Bununla da Nyu-Yorkun Manhetten Federal Dairə Məhkəməsinə təqdim edilən genişləndirilmiş ittiham aktı ilə Diddinin 20 ilə yaxın davam edən və beynəlxalq ölçülərə çatan “seks alveri şəbəkəsi”nin qurbanlarının sayı üçə çatıb.
Prokurorlar iddianaməyə əlavə ediblər ki, Diddi qadınları cinsi əlaqəyə və seks alverinə məcbur etmək üçün təsis etdiyi “Bad Boy Entertainment” kimi etiketlərdən istifadə edib.
Reperin həmçinin həmin qurbanlardan birini eyvandan asdığı da iddia edilir.
İttiham aktında qeyd olunub ki, Diddi şahidlərə, zərərçəkmişlərə susmaq və ya yalan ifadə vermək üçün rüşvət təklif edib.