Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə brifinqdə bildirib ki, Ermənistan Azərbaycanla sülh gündəliyini həyata keçirməyə çalışır. İ.Kobaxidze öz növbəsində Gürcüstanın Azərbaycan-Ermənistan nizamlanmasında vasitəçilik səylərinə hazır olduğunu diqqətə çatdırıb. Bundan öncə də Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da bənzər açıqlama ilə çıxış etmiş, delimitasiya və demorkasiya prosesində vasitəçiliyə hazırıq demişdi.
Yeni hökumətlər, yaxuda da Rusiya ilə mövcud gərginlik fonunda Azərbaycan bu məsələdə vasitəçiyə ehtiyac duyurmu?
Globalinfo.az-a danışan politoloq Sahil Kərimli deyib ki, son dövrlərdə Ermənistanın atdığı bütün addımlar sülh danışıqları prosesinə ciddi əngəllər törətmək məqsədi ilə həyata keçirilir:
“Nikol Paşinyanın həm yalan bəyanatları, həm də heç bir reallığı əks etdirməyən, cəfəng sülh layihəsini əlinə alaraq bütün Avropanı gəzməsi , Qərb dairələrində müəyyən ajiotaj yaratmaq , dünya ictimaiyyətini çaşdırmaq məqsədi daşıyan təkliflər irəli sürməsi onu göstərir ki, Paşinyan sülh istəmir. Azərbaycanla sülh müqaviləsinin bağlanması prosesində əngəllər yaradır və uzatmağa çalışır.
Belə olmasa idi Nikol Paşinyan Azərbaycanın haqlı və ədalətli tələblərini qəbul edər və buna əməl edərdi. Azərbaycan dövləti qətiyyətli şəkildə bildirib ki, sülh müqaviləsinin imzalanmasına hazırıq və müharibə istəmirik. Əsas tələblərimiz Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından əl çəkməsi, delimitasiya və demarkasiya prosesinin tam reallaşması və Zəngəzur dəhlizinin açılmasıdır”.
Politoloqun sözlərinə görə, Gürcüstan Baş nazirinin vasitəçilik bəyanatları müsbət qarşılanmalıdır:
“Gürcüstan prosesdə səmimi davranmağa çalışır. Rusiya tərəfindən bir müddət öncə də xəritələrin təqdim olunması ilə bağlı təkliflər gəlib. Bütün bunlar təklifdir və dəstək xarakteri daşıyır. Azərbaycan dövləti qətiyyətli şəkildə bildirib ki, prosesdə vasitəçiyə ehtiyac yoxdur. Sülh danışıqları prosesində Ermənistan və Azərbaycan təkbətək danışıqlar aparmalıdır. Hər hansı ölkənin vasitəçiliyinə ehtiyac yoxdur”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta