Yanvarın 30-da Bakı-Quba magistral avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri də gənc müğənni Ayla Şiriyeva (Aila Rai) olub.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, Şahdağdan qayıdarkən yolda qəzaya düşən şəxslər Sumqayıt Tibb Mərkəzinə yerləşdiriliblər.
Bu gün isə Ayla Şiriyeva Bakıdakı özəl xəstəxanalardan birinə köçürülüb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.