AZ

Çində robotlar və insanlar arasında yarım marafon keçiriləcək

Çində

Pekində insanlar və ikiayaqlı robotların iştirak edəcəyi unikal yarım marafon keçiriləcək.“Ulusum”.az-ın məlumatina görə, xəbəri Oddity Central yayıb.Çinin paytaxtı yaxın vaxtlarda qeyri-adi bir yarım marafonun şahidi olacaq. Bu yarışda minlərlə qaçışçı dünyanın aparıcı robototexnika şirkətləri tərəfindən hazırlanmış onlarla ikiayaqlı robotla mübarizə aparacaq. Hadisə 2025-ci ilin aprel ayında Pekinin İqtisadi və Texnoloji İnkişaf Zonasında (E-Town) baş tutacaq.Yarım marafonda 12 min nəfər iştirak edəcək. İştirakçılar müəyyən tələblərə cavab verməlidir: onların boyu 0,5 metrdən 2 metrə qədər olmalıdır. Mükafat fondu isə qaliblər arasında, onlar insan, yoxsa robot olmasından asılı olmayaraq paylanacaq.Robotların insanları ötüb-keçə bilməyəcəyi sualı hələ də cavabsız qalır. Ekspertlər bildirir ki, təcrübəli qaçışçılar hələ də üstünlük təşkil edir, çünki robotların sürəti 8 ilə 12 km/saat arasında dəyişir, halbuki yarım marafonu 1,5 saat ərzində tamamlayıb qurtarmaq üçün orta sürət 14 km/saat olmalıdır. Bundan əlavə, robotun avtonom batareyasının gücü də mühüm faktor olacaq.Səidə

Diqqət Çəkənlər

HAMAS Qırmızı Xaçın əməkdaşlarına daha yeddi girov təhvil verib

Ədalət Partiyası bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb

Bombardier CRJ700 təyyarəsində səkkiz amerikalı fiqurçu həyatını itirib

Seçilən
33
ulusum.az

1Mənbələr