![37 yaşlı qadın milyonda bir rastlanan xəstəliyə tutuldu:](https://e-saglam.az/storage/news/middle/images/2025/1/tibbde-nadir-xestelikler.webp)
37 yaşlı Eşli Kristin ayağında şiddətli ağrılar hiss etsə də, həkimə müraciət etməkdə çətinlik çəkib.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, ilk diaqnozda ona bağ yırtığı olduğu bildirilsə də, MRT nəticələrində nəhəng hüceyrəli şiş aşkar edilib. Bu nadir şiş əsasən sümüklərdə yaranır və xərçəngli olmasa da, aqressiv xarakter daşıyır.
Şiş böyüdükcə Kristinin ayaq sümüklərinə zərər verməyə başlayıb. Bir aylıq gözləmədən sonra onkoloq şişin təcili çıxarılmalı olduğunu bildirib. İki saat davam edən əməliyyatla şiş çıxarılıb və sümük çatları tibbi sementlə bərpa edilib.
Bu xəstəlik əsasən 30-50 yaş arasında olan insanlarda müşahidə edilir. Nəhəng hüceyrəli şişlərin əsas simptomları sümük ağrısı, şişlik və hərəkət məhdudiyyətidir.
Müalicə əsasən cərrahi müdaxilə ilə aparılır, çünki şişlər kimyaterapiya və radiasiya terapiyasına davamlıdır. Əməliyyatdan sonra xəstələr mütəmadi olaraq nəzarətdə saxlanılır. Kristin indi sağalma mərhələsindədir və ömür boyu təkrarlama riskinə qarşı müayinələrdən keçməli olacaq.
Tərcümə: Könül Oruc