Macarıstan Avropa Komissiyasının enerji təhlükəsizliyi ilə bağlı vədinə əməl etmədiyi təqdirdə, 6 aydan sonra Rusiyaya qarşı sanksiyaların uzadılması qərarına veto qoyacaq.
Publika.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban açıqlama verib.
“Biz altı aydan bir sanksiyalarla bağlı qərarlar verməliyik. Əgər Avropa Komissiyasının verdiyi zəmanətlər yerinə yetirilməsə, biz nəinki sanksiyaların ləğvi barədə danışmağa başlayacağıq, əksinə onları ləğv edəcəyik”, - deyə o bildirib.
Orban deyib ki, Avropa Komissiyası ilə əldə olunan razılaşmanın əsas bəndi Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya tranzitinin bərpasına dair danışıqlar olub.