AZ

Yamal "Barselona" ilə yeni müqavilə imzalayacaq

Lamin Yamal yayda "Barselona" klubu ilə yeni müqavilə bağlaya bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “El Chiringuito” telekanalı məlumat yayıb.

Forvard 18 yaşı tamam olanda yeni müqavilə imzalayacaq.

Yeni müqavilənin şərtlərinə görə, Yamal Kataloniya nəhəngindən 7-8 milyon avro alacaq.

Futbolçunun transfer dəyəri 180 milyon avro olaraq qiymətləndirilir.

Hücumçu İspaniya çempionatının cari mövsümündə 18 oyun keçirib. Yamal 5 qol vurub və 10 məhsuldar ötürmə edib.

Seçilən
34
operativmm.az

1Mənbələr