Bakı. Trend:
Türkiyənin Azərbaycana təyin edilən yeni səfiri Birol AkgünBakıya gəldi.
Bu barədə Trend-ə Türkiyə Səfirliyindən məlumat verilib.
Qeyd edək ki, Birol Akgün sabah vəzifə səlahiyyətlərininicrasına başlayacaq.
Xatırladaq ki, 11 yanvar tarixində Türkiyə prezidenti RəcəbTayyip Ərdoğan Birol Akgünü Azərbaycana yeni səfir təyin edib.
Ötən ilin dekabrın 14-də isə Türkiyənin Azərbaycandakı səfiriCahid Bağçının diplomatik fəaliyyət müddəti başa çatıb.