AZ

Avropa Liqasında pley-off cütləri: “Qalatasaray”la “Fənərbaxça” rəqibləri müəyyənləşib

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar 8 cüt təşkil edib.

İlk oyunlar 17-24-cü yer sahiblərinin cavab matçları, 9-16-cı pillələri tutanların stadionunda keçiriləcək. Türkiyə klublarının da rəqibləri bilinib. “Qalatasaray” “Alkmaar”la, “Fənərbaxça” “Anderlext”lə üz-üzə gələcək.

Avropa Liqası
Pley-off mərhələsi

“Ferensvaroş” - “Viktoriya”
“Porto” - “Roma”
“Tvente” - “Bodo Qlimt”
“Fənərbaxça” - “Anderlext”
“Yunion” - “Ayaks”
PAOK - FCSB
“Alkmaar” - “Qalatasaray”
“Midtyulland” - “Real Sosyedad”

Qeyd edək ki, pley-off matçları fevralın 13-də və 20-də keçiriləcək.

İdman.biz

Seçilən
5
1
idman.biz

2Mənbələr