AZ

Hindistanda mikroavtobusla yük maşınının toqquşması nəticəsində doqquz nəfər ölüb

Bakı, 31 yanvar, AZƏRTAC

Hindistanın şimalında yerləşən Pəncab əyalətində mikroavtobusla yük maşınının toqquşması nəticəsində azı 9 nəfər ölüb, 15 nəfər isə ağır yaralanıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, xilasetmə əməliyyatına beş təcili yardım maşını cəlb olunub.

Bildirilib ki, hazırda yaralılar xəstəxanaya yerləşdirilir.

Polis qəza ilə bağlı cinayət işi açıb və araşdırmalara başlayıb.

Seçilən
16
1
azertag.az

1Mənbələr