\"Mənə deyin, hadisə yeri haradır? Sudur? Üzməyə getməyimi istəyirsiniz?!\".
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqton yaxınlığındakı Ronald Reyqan hava limanı yaxınlığında hərbi vertolyot və sərnişin təyyarəsinin toqquşması nəticəsindən baş verən qəza ilə bağlı sualları cavablandırarkən deyib.
Digər tərəfdən, Tramp qəza qurbanlarının yaxınları ilə görüşüb-görüşmədiyi ilə bağlı suala cavab vermək istəmədiyini bildirib.
Tramp helikopteri son anda xəbərdar edildiyini və qəzanın qarşısını ala bilməməsinin səbəblərindən biri olduğunu deyib.
Hava dispetçerinin xəbərdarlığı çox gec verdiyini iddia edən Tramp deyib:
\"Bəzi xəbərdarlıqlar göndərdilər, amma çox gec oldu. Demək olar ki, qəzadan saniyələr əvvəl verilmişdi. Ən ağıllı və psixoloji cəhətdən ən uyğun olanı. insanları bura yerləşdirmək lazımdır\".
Xatırladaq ki, Vaşinqton yaxınlığındakı Ronald Reyqan hava limanı yaxınlığında 60 sərnişin və 4 nəfərlik ekipajı daşıyan sərnişin təyyarəsi havada toqquşub və Potomak çayına düşüb, qəzada hər kəs ölüb.