Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illikyubileyi çərçivəsində “İnşaat” fakültəsinin yeni Təlim-TədrisMərkəzində “Söküntü materiallarının təkrar istifadəsi və yolyapışdırıcılarının tətbiqinin səmərəliliyi” mövzusunda elmi seminarkeçirilib. “Materialşünaslıq” kafedrasının təşkilatçılığı iləkeçirilən seminarda HOLCİM Azərbaycan şirkətinin Betonlaboratoriyasının müdiri, yol infrastrukturu üzrə tanınmış ekspertİlqar Abdullayev çıxış edib.
Seminarda söküntü materiallarının təkrar emalı, yol inşaatındaistifadə olunan innovativ yapışdırıcı materiallar, onların tətbiqsahələri və səmərəliliyi müzakirə olunub. Xüsusilə işğaldan azadedilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindətətbiq edilən yeni texnologiyalar və materiallar haqqında genişməlumat verilib. Tədbir iştirakçılar arasında canlı müzakirə vədiskussiya şəraitində davam etdirilib.
Seminarda AzMİU-nun Elm və İnnovasiya məsələləri üzrə prorektoruprofessor Nigar Aslanova və İnşaat fakültəsinin dekanı SahibFərzəliyev iştirak ediblər. Tədbirin sonunda “Materialşünaslıq”kafedrasının müdiri professor İradə Şirinzadə çıxış edərək seminariştirakçılarına və HOLCİM Azərbaycan şirkətinə təşəkkürünübildirib.
AzMİU-nun özəl sektorla əməkdaşlığı çərçivəsində keçirilən bucür tədbirlər universitetin inşaat mühəndisliyi sahəsində müasiryanaşmaların tətbiqinə verdiyi töhfənin bariz nümunəsidir. HOLCİMAzərbaycan kimi nüfuzlu şirkətlərlə birgə seminarların təşkili,universitetin elmi potensialının sənaye ilə sintezini gücləndirərəkölkənin inşaat sektorunun inkişafına xidmət edən yüksəkixtisaslımütəxəssislərin hazırlanmasına töhfə verir.
Bu cür əməkdaşlıqlar məzunların peşəkar bilik və bacarıqlarınıgücləndirməklə yanaşı, onların əmək bazarının tələblərinə uyğunhazırlığını daha da yüksəldir.
Qeyd edək ki, bu il AzMİU-nun 50, İnşaat fakültəsinin isəyaranmasının 105 ili tamam olur. İnşaat fakültəsi, AzMİU-nunakademik və elmi ənənələrinin formalaşmasında əsas sütunlardan biriolub. Məhz bu fakültə Azərbaycan inşaat sahəsində ixtisaslaşmış alitəhsilin və mühəndis kadrlarının yetişdirilməsində ilkin bazarolunu oynayıb. Fakültə yarandığı gündən ölkənin şəhərsalma vəinfrastruktur layihələrində əsaslı rol oynayan minlərlə peşəkarmühəndis yetişdirib.